Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:02

Türkiyə səfirliyi xatirə kitabı açıb


İstanbul
İstanbul

-

İstanbulun Atatürk Hava Limanında baş vermiş terror olayları ilə bağlı Türkiyənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

«Report»un xəbərinə görə, səfirlik kitabın bu gün səhərdən saat 12-yə, 14:00-dan isə 18:00-a qədər açıq olacağını bildirir. Arzu edənlər gəlib orada ürək sözlərini yaza bilərlər.

İyunun 28-də İstanbulun Atatürk Hava Limanında terror aktları törədilib.

Partlayışlar nəticəsində 42 nəfərin öldüyü, 241 nəfərin yaralandığı bildirilir. Terror aktlarına görə Türkiyədə birgünlük matəm elan olunub. Ölkə daxilində və Türkiyənin xaricindəki rəsmi təmsilçiliklərdə dövlət bayrağı yarıyadək endirilib.

İyunun 29-da baş verənlərlə bağlı Azərbaycan prezidenti İlham Əliyev də türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la telefonla danışaraq başsağlığını çatdırmışdı. Bakıda Atatürk prospektindən Türkiyənin səfirliyinin önünə kimi terroru pisləyən yürüş keçirilmişdi.

XS
SM
MD
LG