Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:36

Köçkün: «Etiraza səbəb işıqların sönməsidir»


-

«Bizim etirazımıza əsas səbəb binanın tez-tez işıqlarının sönməsidir».

Bunu AzadlıqRadiosuna Dərnəgüldəki N.Tusi adına Pedaqoji Universitetin 1 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlərdən Cavanşir Qədimov deyib.

«Həftədə iki gün işıq uzun müddətə kəsilir, adını da elektrik enerjisinə qənaət qoyurlar. Bu, təzə məsələ deyil, belə hallar tez-tez olur»,-deyə o qeyd edib.

Cavanşir Qədimovun deməsinə görə, kiçik otaqlarda yaşayan ailələr yay vaxtı işıqların sönməsindən çox əziyyət çəkirlər və bu da ciddi etiraza səbəb olur.

Aksiya iştirakçılarından bəzilərinin binanın qəzalı olması ilə bağlı söylədiklərinə gəldikdə isə, C.Qədimov bunları deyib: «Bu yataqxana binalarını 50 ilə yaxındır tikiliblər. Amma əsaslı təmir işləri getməyib. Bu mənada qəzalı ola bilmələri də istisna deyil. Amma etiraza əsas səbəb məcburi köçkünlərin yaşadıqları 20-21 yataqxana binasına elektrik enerjisinin verilməsində yaranan problemlərdir».

İyunun 29-u günorta saatlarında Dərnəgüldəki N.Tusi adına Pedaqoji Universitetin 1 saylı yataqxanasının sakinləri yaxınlıqdakı yolu bağlamağa cəhd etmişdilər. Ancaq hadisə yerinə polis gəldikdən sonra məcburi köçkünlər dağılmışdılar.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən baş verənlərə, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG