Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:07

Gəncəyə 5 milyon manat ayrıldı


-
Prezident İlham Əliyev Gəncə şəhər İcra Hakimiyyətinə 5 milyon manat pul ayırıb.

President. az saytının xəbərinə görə, həmin pul Gəncə ərazisinə yağan leysan yağışlar nəticəsində əhaliyə dəymiş ziyanın aradan qaldırılmasına yönəldilməlidir.

Sərəncamda prezident Maliyyə Nazirliyinə bu məbləğin təmin edilməsi ilə bağlı tapşırıq verir.

Bu yaz aramsız yağan yağışlar üzündən Gəncə çayı bir neçə dəfə daşıb. Axırıncı belə daşqın mayın 25-də olmuşdu. Sahildə, xüsusilə Bayraq Meydanının yaxınlığındakı Vəli Xuluflu küçəsindəki evləri su basmışdı. Həmin vaxt 116a saylı ünvanda yaşayan Samir Novruzov Azadlıq Radiosuna bunları demişdi:​

-Yaz gəlndən bununla beşinci dəfədir ki, çay daşır, evlərimizi su basır.Şəxsən mənim evimin döşəməsi, tavanı çürüyüb. Soyuducu, televizor, paltaryuyan - hamsı sıradan çıxıb. Elektrik xətləri çayın işində qaldığından çürüyüb...

Günün bütün mövzuları

XS
SM
MD
LG