Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

İtaliya millisi futbol üzrə Fransada keçirilən Avropa Çempionatının ¼ finalında Almaniya ilə oyuna ciddi itkilərlə çıxacaq.

İdman portallarının məlumatına görə, bundan əvvəl İspaniya millisi ilə oyunda zədələnən Daniele de Rossi məşqlərə qatılmır və növbəti oyunu buraxmalı olacaq.

Zədəyə görə İspaniya ilə oyunu buraxan Antonio Kandrevanın vəziyyəti isə daha pisdir.

Onun azı 10 gün meydana çıxa bilməyəcəyi bildirilir.

Almaniya millisinin heyətində isə hələlik itki yoxdur.

Qeyd edək ki, Almaniya-İtaliya oyunu iyulun 2-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG