Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:21

-

Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə parlamentə keçirilmiş təkrar seçkilərə yekun vurub.

MSK-nın bu gün keçirilən toplantısında seçkilərin ümumi yekunlarına dair protokolun tərtibi müzakirə edilib.

Report-un xəbərinə görə, MSK üzvü Şaitdin Əliyev deyib ki, həmin dairə üzrə seçkilərdə seçicilər fəallıq göstəriblər. O qeyd edib ki, seçkiləri beynəlxalq müşahidəçilərdə izləyiblər və razı qalıblar: “Bütün binlar bir daha göstərir ki, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları işlərini təkmil qurublar. Keçirilən treninqlər məntəqə seçki komissiyası üzvlərinin təcrübələrini artırıb”.

MSK sədri Məzahir Pənahov da deyib ki, onlara seçkilərlə bağlı hər hansı şikayət daxil olmayıb. O həmçinin, seçkilərin nəticələrindən heç bir iddiaçının məhkəməyə müraciət etmədiyini də bildirib.

“Ona görə də qərara aldıq ki, seçkinin nəticələrini yoxlayıb və yekun vuraq. Hesab edirəm ki, seçkilər normal keçirilib”.

Bundan sonra MSK üzvləri Milli Məclisə təkrar seçkilərin protokolunu imzalayıblar.

MSK 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin protokolunu Konstitusiya Məhkəməsinə təqdim edəcək.

Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər ) Milli Məclisə təkrar seçkilərin nəticələrinə baxmalıdır.

90 saylı Ağdaş seçki dairəsi üzrə parlamentə təkrar seçkilər iyunun 18-də keçirilmişdi. MSK-nın bildirməsinə görə, seçkidə lider namizəd 85,56 faiz səslə Yeni Azərbaycan Partiyasının təmsilçisi Cavid Osmanov olub. Rəsmi bilgilərə görə, ikinci yerdə qərarlaşan Ümid Partiyasının namizədi İqbal Ağazadə 7,84 faiz səs toplayıb.

Ümid partiyasının sədri İqbal Ağazadə demişdi ki, səsvermə zamanı «karusel» əməliyyatından istifadə edilib. Bir namizəd bir neçə məntəqədə səs verib.

İ. Ağazadə bununla bağlı MSK-ya şikayət edəcəklərini də bildirmişdi.

Azərbaycanda son parlament seçkiləri ötən il noyabrın 1-də keçirilmişdi. Əksər müxalifət qüvvələrinin baykot etdiyi həmin seçkilərdə hakim Yeni Azərbaycan Partiyası böyük üstünlük əldə etmişdi. MSK 90 saylı Ağdaş seçki dairəsində isə nəticələri ləğv etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG