Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 17:47

►10 minə yaxın ödəyicinin vergi borcu var

Vergilər nazirinin müavini İlkin Vəliyev bu gün jurnalistlərə deyib ki, lisenziyası ləğv olunan banklar dövlət büdcəsinə borclarını ödəməyiblər.

“Hazırda 3 bankın dövlət büdcəsinə borcları, hələ də, ödənilməyib” - deyən nazir müavini həmin bankların adını açıqlamayıb.

Turan-ın xəbərinə görə, hazırda adı çəkilməyən həmin banklarda ləğvetmə komissiyasının işlədiyi bildirilir.

Nazir müavini deyib ki, proses kreditorlarla və büdcə ilə hesablaşma qurtardıqdan sonra başa çatacaq.

İlkin Vəliyev Azərbaycanda borcu olan vergi ödəyiciləri haqqında da danışıb. Onun deməsinə görə, ən son məlumatlara əsasən, 10 minə yaxın vergi ödəyicisinin borcu var.

“Vergi borclarının məbləği ümumi vergi proqnozlarında təxminən 5 faiz təşkil edir ”, deyən nazir müavini borclara rəğmən vergi daxilolmaları ilə bağlı illik proqnoz tapşırığına əməl edəcəyini bildirib.

“Yaxınlarda ilin 6 ayının nəticələri bəlli olacaq. Vergilər Nazirliyi bu ilin 6 ayı üzrə proqnoz tapşırığı tam yerinə yetirəcək. İlin sonuna vergi proqnozlarının tam həcmdə yerinə yetirilməsi gözlənilir”.

Bu il Azərbaycanda 7 bankın lisenziyası ləğv edilib. Sonradan onlardan birinin “NBC Bank”ın lisenziyası qaytarılıb.

XS
SM
MD
LG