Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:07

Bakıda terror əleyhinə yürüş


-

İstanbulun Atatürk Hava Limanında törədilən terror aktına görə, iyunun 29-da Azərbaycanın bəzi vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin binası qarşısına toplaşıblar.Onlar Türkiyə xalqının dərdinə şərik olduqlarını, ölənlərin xatirəsinə ehtiramlarını bildiriblər.

AZƏRTAC xəbər verir ki, Atatürk parkından başlayan aksiyanın iştirakçıları səfirliyin binasının önünə yürüş ediblər. Həlak olanların xatirəsinə hörmət əlaməti olaraq ora qərənfillər düzüb, əklillər qoyublar.

Əllərində Azərbaycanın və Türkiyənin bayraqlarını tutan insanlar hadisədən kədərləndiklərini bildirib, terroru lənətləyiblər.

İyunun 29-u axşam İstanbul Hava Limanının beynəlxalq uçuşlar terminalında üç terrorçu – kamikadzenin özünü partlatdığı bildirilir. Nəticədə 41 nəfərin öldüyü, 239 nəfərin isə yaralandığı qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG