Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 12:20

İstanbulda törədilən partlayışda ölənlərin sayı 41 nəfərə çatıb, azı 239 nəfərsə xəsarət alıb.

Bu barədə iyunun 29-da İstanbul valisinin ofisi məlumat yayıb.

Ölənlərdən 10-nun xaricilər, üçünün isə ikili vətəndaşlığı olduğu olduğu bildirilir.

“Atatürk” hava limanında törədilə bu partlayış bu il Türkiyədə törədiıən ən qanlı terror aktıdır.

İyunun 28-də 3 intiharçı hava limanında özlərini partladıblar.

Bundan əvvəl isə hava limanında insanları atəşə tutublar.

Partlayış maşın parkı və terminalın girəcəyində törədilib.

Baş nazir Binali Yıldırım bəyan edib ki, dəlillər göstərir ki, bu hücumun arxasında “İslam Dövləti” qrupu durur.

Prezident Racep Tayyip Erdogan beynəlxalq aləmi terrorçuluqla mübarizəyə qoşulmağa çağırıb.

A BŞ-da daxil olmaqla Türkiyənin Qərb müttəfiqləri bu terror aktını pisləyib və onu mənfur hücum adlandırıblar.

Rusiya prezidenti Vladimir Putin isə Moskvanın bundan təəssüfləndiyini və qurbanlara ürəyi yandığını deyib.

XS
SM
MD
LG