Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:13

İKEA milyonlarla mebeli geri çağırıb


Isveçin İKEA mebel şəbəkəsi ABŞ və Kanadada 36 milyon şkaf və komodu geri çağırır.

Şirkət nümayəndəsinin sözlərinə görə, buna səbəb son 2 il ərzində 3 balaca uşağın ölümüdür.

İKEA-nın məlumatına görə, 1987-2015-ci illər ərzində şkafların aşması nəticəsində 6 uşaq ölüb, onlarla uşaq müxtəlif xəsarətlər alıb.

Ölüm hallarının hamısında komodlar divara bərkidilməmiş halda olub, hansı ki, bunu mebellərdəki təlimat sixemi tələb edir.

Kim istəyirsə, mebeli İKEA-ya qaytara bilər.

Qaytarmaq istəməyənlərə isə, mübeli təhlükəsiz hala gətirmək üçün üstalar göndəriləcək.

Şirkətin ABŞ üzrə xüsusi nümayəndəsi Elliot Kaye.

“Bu çox təhlükəlidir, bir daha deyirəm mebeli evdə divara bərkidilməmiş halda saxlamaq çox təhlükəlidir, xüsusilə də azyaşlı uşağınız varsa”.

Amma İKEA-nın Rusiya nümayəndəliyi bəyan edib ki, ABŞ və Kanadanın ardınca şkaf və komodları qaytarmaq fikrində deyil,çünku Rusiyada bu cür uşaq ölümü qeydə alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG