Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:42

Rusiyada arağın 35 faizi qanunsuzdur


Duma deputatları Fedot Tumusov və Iosif Kobzon araq şüşəsinə baxırlar
Duma deputatları Fedot Tumusov və Iosif Kobzon araq şüşəsinə baxırlar

Rusiyanın AlkoholTənzimləmə (RAR) idarəsi alkohollu içkilər bazarını 5 ay öyrəndikdən sonra nəticələri açıqlayıb.

RAR etiraf edir ki, satışda olan arağın 35 faizi qeyri-leqaldır. Bunu İnterfaks xəbər verir.

RAR 269 min dekalitr arağı araşdırıb, bunun 95 min dekalitri qanunsuz yolla istehsal olunur və ya satılır.

RAR bu il 646 min dekalitr etil spirti və spirtli içkiləri araşdırıb. Bunun 42 faizi qanunsuz çıxıb.

Qanunsuz spirtli içki istehsalı ilə mübarizə üçün Rusiyanın iqtisadiyyat naziri Anton Siluvanov iyunun 28-də təklif edib ki, qanunsuz içki istehsalını saxta pul çap etməyə bərabər tutsunlar.

XS
SM
MD
LG