Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:09

-

Belçikanın «PPG Coatings SPRL/BVBA» şirkətinin Azərbaycandakı filialının ləğv edildiyi bildirilir.

«Report» bu xəbəri Vergilər Nazirliyinə istinadən yayıb.

«PPG Coatings SPRL/BVBA» şirkəti örtüklər, optik və xüsusi materiallar, şüşə məhsulları istehsalı, yayımı sahəsində fəaliyyət göstərir. Şirkətin baş ofisi Brüsseldə (Belçika) yerləşir.

Ötən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfə dəyər itirib. Bundan sonra ölkədə fəaliyyət göstərən bir sıra yerli və xarici müəssisələr dayanmaq məcburiyyəti qarşısında qalıblar. Bu, əsasən əhalinin alıcılıq qabiliyyətinin azalması ilə izah edilir. Elə bu gün «Baltika-Bakı» şirkəti də fəaliyyətini iki ay dayandıracağını açıqlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG