Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:04

Parisdə görüşəcəklər


Sergei Lavrov (sağda) və Jean-Marc Ayrault, arxiv fotosu

Sergei Lavrov (sağda) və Jean-Marc Ayrault, arxiv fotosu

-

Rusiyanın Xarici işlər naziri Sergei Lavrov iyunun 29-da Parisdə fransalı həmkarı Jean-Marc Ayrault ilə görüşəcək. Tərəflər Ukrayna, Suriya böhranlarını, Rusiya-AB münasibətlərini müzakirə edəcəklər.

Rusiya XİN-in sözçüsü Maria Zakharova deyib ki, nazirlər terrorçuluqla mübarizədə əməkdaşlıq məsələsindən də danışacaqlar.

Lavrov-la Ayrault-un Rusiya-Avropa Birliyi münasibətlərini, “Böyük Britaniya referendumunun mümkün nəticələrini” də müzakirə edəcəyi gözlənilir.

Ayrault və Fransanın digər liderləri Fransa-Rusiya münasibətlərini təkmilləşdirməyə ümidvar olduqlarını bildiriblər. Bu yaxınlarda Fransa Milli Assambleyası Rusiyaya qarşı AB sanksiyalarının yumşaldılmasına çağıran qətnamə qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG