Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 00:23

-

Şotlandiyanın Birinci naziri Nicola Sturgeon deyir ki, iyunun 29-da Brüsselə səfər edəcək, Britaniyanın blokdan çıxmağa səs verməsindən sonra Şotlandiyanın Avropa Birliyində qalmasının mümkün yollarını götür-qoy edəcək.

İyunun 18-də Şotlandiya parlamentində danışan Sturgeon deyib ki, o, Avropa Parlamentinin prezidenti Martin Schulz ilə görüşəcək, Şotlandiyanın mövqeyini birbaşa Avropa Komissiyasına çatdıracaq.

Sturgeon bildirib ki, AB-dən çıxarılmaq şotland xalqının iradəsinin əleyhinə olar.

“Şotlandiya birlikdə qalmağa səs verib və əminəm ki, Şotlandiyanın səsi eşidiləcək”, deyən Sturgeon sözlərinə əlavə edib ki, o, qətiyyətlə Şotlandiyanın AB-dəki yerini qoruyacaq.

İyunun 23-də keçirilmiş referendumda şotland seçicilərin 60 faizi AB-də qalmağa səs verib.

XS
SM
MD
LG