Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 07:42

Qazaxıstan Təhlükəsizlik Şurasına seçilib


-

Qazaxıstan gələn il yanvarın 1-dən iki illiyə BMT Təhlükəsizlik Şurasının üzvü olacaq. 193 üzvü olan BMT Baş Assambleyasında Qazaxıstan 138 səs toplayıb. İyunun 28-də keçirilən ikinci səsvermədə Tailanddan önə çıxıb.

Bununla da Qazaxıstan Təhlükəsizlik Şurasında Asiya üçün nəzərdə tutulmuş qeyri-daimi yeri qazanmış olub.

Təhlükəsizlik Şurasının 15 üzvündən beşi daimidir və veto hüququ var. Onlar Birləşmiş Ştatlar, Rusiya, Çin, Britaniya və Fransadır. 10 qeyri-daimi üzv isə iki illiyə seçilir.

Qeyri-daimi üzvlər regionlar üzrə seçilir, namizəd ölkələri regional qruplar irəli sürür.

Günün bütün mövzuları

XS
SM
MD
LG