Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 03:48

-

İstanbul Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş terror aktından sonra Bakı Beynəlxalq Hava Limanında da təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

«Report»un xəbərinə görə, hava limanının girişində bütün avtomobillər, ümumilikdə ərazi ciddi şəkildə yoxlanılır.

Minik və yük avtomobillərinin hava limanına xüsusi nəzarət altında, ciddi şəkildə yoxlanıldıqdan sonra buraxıldığı bildirilir.

Əraziyə xüsusi təlim görmüş itlərin də gətirildiyi qeyd edilir.

Atatürk Hava Limanında baş vermiş partlayışla əlaqədar Bakı-İstanbul reyslərinin də təxirə salındığı açıqlanıb.

İyunun 28-də Atatürk hava limanında törədilən iki intiharçı partlayış nəticəsində azı 36 nəfərin həlak olduğu, 147 nəfərin yaralandığı xəbər verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG