Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 02:20

-

İyunun 28-də gecə İstanbulun əsas aeroportunda baş vermiş intiharçı hücumunda azı 36 nəfər öldürülüb, onlarla adam yaralanıb.

Türkiyə rəsmilərinin sözlərinə görə, üç intiharçı aeroporta taksiylə gəlib və özlərini Ataturk aeroportunun girişində partladıblar. Daha öncə polislə atışma olub.

Hücumçulardan biri səyahətçilərə pərakəndə atəş açırmış, daha sonra partlayıcı jiletini işə salıb.

Türkiyənin Ədliyyə naziri Bekir Bozag deyib ki, aeroport yaxınlığındakı metro stansiyasında da partlayış əlamətləri olub.

Baş nazir Binali Yildirim-ın sözlərinə görə, ilkin əlamətlər hücuma görə İslam Dövləti (İŞİD) qruplaşmasının məsuliyyət daşıdığını göstərir.

Prezident Recep Tayyip Erdogan hücumu pisləyib, deyib ki, qurbanlar “dinc sakinlər”dir. Onun sözlərincə, belə bir “müdhiş” hücum dünyanın istənilən aeroportundan baş verə bilər. “Dünyanı, özəlliklə qərb ölkələrini terrorçuluğa qarşı sərt mövqe tutmağa çağırırıq”, o söyləyib.

Şahidlər üç partlayışın baş verdiyini, aeroport binasının silkələndiyini, sərnişinlər arasında çaxnaşma yarandığını bildirir.

Azı 147 yaralı içində polis əməkdaşları da var.

Yüzlərlə sərnişin aeroportdan çıxarılıb. Təyyarələr qonşu aeroportlara yönəldilib, yerli vaxtla 3-də uçuşlar bərpa olunmalıydı.

ABŞ İstanbula uçuşları dayandırıb. Ağ Ev, BMT, Almaniya və digər ölkələr hücumları kəskin pisləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG