Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:42

“Avropa Birliyi Böyük Britaniya ilə ayrılmaq prosesinə elə bu gün də başlaya bilər”.

Bunu Avropa Şurasının prezidenti Donald Tusk iyunun 28-də Avropa Birliyi liderlərinin Brüssel görüşündə deyib.

Görüşdə Böyük Britaniyanın baş naziri David Cameron da iştirak edib.

Tusk həmçinin artıq sentyabrda Böyük Britaniyanın iştirakı olmadan birliyin qeyri-formal sammitini keçirməyi təklif edib.

O deyib ki, sammit növbəti sədr ölkə kimi Bratislavada keçirilə bilər.

Avropa Parlamenti iyunun 28-də Britaniyanın Birlikdən çıxması ilə bağlı prosesə başlanmasını nəzərdə tutan qətnamə qəbul edib.

Qeyd edək ki, Britaniya sakinləri bu günlərdə keçirilən referendumda ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG