Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:32

►Ancaq, günəş, külək enerji istehsalı artıb

Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalarda elektrik enerjisi istehsalının illik müqayisədə 17,5 dəfə artdığı bildirilir .

Report-un xəbərinə görə, bu ilin yanvar-may aylarında istehsal 20,8 milyon kVt/saat təşkil edib.

Hesabat dövründə külək stansiyalarında da istehsalın artdığı qeyd edilir. Artım 2,7 dəfə, 7,9 milyon kVt/saat olub.

Bundan başqa, su elektrik stansiyalarında (SES) da artımın olduğu deyilir.
SES- də artımın 15,9 faiz olduğu qeyd edilir

Ancaq istilik elektrik stansiyalarında (İES) istehsalın həcminin 8,9 faiz azalaraq 8 042,2 milyon kVt/saata endiyi bildirilir.

Xəbərdə qeyd edilir ki, yanvar-may aylarında ölkədə cəmi elektrik enerjisi istehsalı 9 307,7 milyon kVt/saat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz azdır.

Azərbaycanda istehsal edilən enerjinin böyük bir hissəsi məhz istilik elektrik stansiyalarının payına düşür.

Günün bütün mövzuları

XS
SM
MD
LG