Keçid linkləri

2016, 30 Sentyabr, Cümə, Bakı vaxtı 15:45

-

İyulun 1-dən Bakıdan Bolqarıstana avtobus marşrut xətti istifadəyə veriləcək. Bu haqda Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Şəfa Mehmanqızı məlumat verib.

O, AZƏRTAC-a deyib ki, qeyd olunan tarixdən Bakı-İstanbul-Sofiya, Bakı-İstanbul-Varna, Bakı-İstanbul-Burqas istiqamətində reyslərin həyata keçirilməsinə başlanacaq. Avtobus reysləri Türkiyənin “Metro Turizm” şirkəti ilə bağlanan müqaviləyə əsasən baş tutacaq.

Reyslər həftənin cüt günləri avtovağzaldan həyata keçiriləcək. Biletin qiyməti 130 manat olacaq.

Azərbaycanla Bolqarıstan arasında sadələşdirilmiş viza rejimi tətbiq olunur.

XS
SM
MD
LG