Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 09:25

“Avropa Birliyi Britaniyanın qurumdan çıxmasının öhtəsindən gəlmək üçün lazımınca güclüdür”.

Bunu iyunun 28-də Almaniyanın kansleri Angela Merkel ölkə parlamentində çıxış edərkən deyib.

Merkel bildirib ki, Avropa Birliyi dünyadakı ən böyük iqtisadi zonalardan bidir.

Kansler birliyi, ümumi həmrəylik və dəyərlərin birləşdiyi nadir cəmiyyət adlandırıb, onun sülh, var-dövlət və sabitliyə təminat olduğunu vurğulayıb.

Merkel deyib ki, Britaniya Avropa Birliyindən çıxmaqla bağlı danışıqlarda “tortdan gilənarları yığa bilməyəcək”-yəni güzəştləri saxlamaqla Avropa Birliyi qarşısında bütün öhtəliklərdən qaça bilməyəcək.

O bir daha qeyd edib ki, Böyük Britaniya çıxmaqla bağlı rəsmi müraciət etməyincə, onunla heç bir danışıq aparılmayacaq.

Qeyd edək ki, Britaniya sakinləri bu günlərdə keçirilən referendumda ölkənin Avropa Birliyindən çıxmasına səs veriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG