Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:04

Avropa komissiyasının sədri Jan Klod Yunker (Jean-Claude Juncker) Avropa Parlamentinin bugünkü sesiyasınını açılışında “Britaniya Müstəqillik Partiyası” nın lideriNaycl Faracla (Nigel Farage) görüşüb.

Görüş qısa və mehriban tərzdə olub, amma Yunker əyilərək onun qulağına nəsə deyib.

Sesiyada Böyük Britaniyanın Avropa Birliyindən çıxması məsələsi müzakirə olunur.

Qeyd edık ki, Farac Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının tərəfdarıdır və buna nail olmaq üçün uzun müddət idi ki, kampaniya aparırdı.

O çıxış edərkən deyib ki, Böyük Britaniya birlikdən mümkün qədər tez getməlidir, amma bu səmimi, dostcasına olmalıdır.

Farac qeyd edib ki, Britaniya iqtisadiyyatının həcmi və Avropa Birliyinin qalan hissəsi ilə sıx əlaqələrinə görə bunun üçün imtiyazlı razılaşma olmalıdır.

Yunker isə çıxış edərkən Avropa Birliyinə qarşı olan britaniyalı deputatların zalda iştirakından təəccübləndiyini bildirib.

“Sizi burda sonuncu dəfədir alqışlayırlar. Və müəyyən mənada mən həqiqətən də sizin burda olmağınızdan təəccüblənirəm. Ciz birlikdən çıxmağ urunda mübarizə aparırsız və britaniyalılar buna səs verdi. Onda nəyə görə burdasız” ? -deyə Yunker bildirib.

Qeyd edək ki, Britaniya skinləri bu günlərdə keçirilən referendumda ölkənin Avropa Birliyindən çıxmasına səs verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG