Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:27

-

“Azərbaycanla Macarıstan arasında bu günə qədər iqtisadi əməkdaşlıq, investisiyaların təşviqi, elm, təhsil, əmək və sosial müdafiə sahələrini əhatə edən 40-a qədər sənəd imzalanıb. Ətraf mühitin mühafizəsi, tibb sənayesi, beynəlxalq yükdaşımalar və sair sahələri əhatə edən bir sıra sənədlər isə müzakirə mərhələsindədir ”.

Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın iyunun 28-də keçirilən növbəti toplantısında iqtisadiyyat naziri Şahin Mustafayev belə deyib.

Bu haqda nazirliyin saytı xəbər verir.

Nazir iqtisadi əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin daha da genişləndiyini bildirib.

“Bu ilin yanvar-may ayları ərzində ticarət dövriyyəsi 62 faiz artıb. Azərbaycan şirkətləri Macarıstana kənd təsərrüfatı emalı məhsulları, transformatorlar və digər mallar ixrac edir. Macarıstandan Azərbaycana cins mal-qara gətirilir”, nazir bildirib.

Onun deməsinə görə. Azərbaycanda nəqliyyat, ticarət və xidmət sahələrində Macarıstan kapitallı 6 şirkət fəaliyyət göstərir.

Macarıstan xarici işlər və ticarət naziri Piter Siyarto da Azərbaycanla əlaqələrin səviyyəsindən razılığını bildirib. O, qeyd edib ki, Macarıstanın EXIMBANK-ı Azərbaycanda layihələrin maliyyələşdirilməsinə 200 milyon avro həcmində vəsait ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG