Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 00:16

-

Azərbaycanda, hələ, sovetlər dövründə populyar olan idman növlərindən daha birinin ağır günlər keçirdiyi bildirilir.

Apasport.az saytının xəbərinə görə, Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının ardınca həndbol millisi də beynəlxalq yarışlardan çəkilir.

Qadın həndbolçulardan ibarət komandanın dünya çempionatına qatılmayacağı deyilir.

Saytın xəbərinə görə, final mərhələsi 2017-ci ildə Almaniyada keçiriləcək yarışda Azərbaycan millisinin iştirak etməyəcəyi artıq dəqiqləşib.

Xəbərdə qeyd edilir ki, bunu Azərbaycan Həndbol Federasiya da təsdiqləsə də mundiala qatılmamanın səbəbini açıqlamayıblar.

Bir qədər əvvəl Azərbaycanın qadınlardan ibarət otüstü hokkey yığmasının da eyni qərarı verdiyi açıqlanmışdı.

İdman ekspertləri deyirlər ki, rəsmən etiraf olunmasa da, bu qərarların ardında sırf maliyyə çatışmazlığı durur.

Günün bütün mövzuları

XS
SM
MD
LG