Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:07

-

Qəbələ rayonunun Dızaxlı kəndi ərazisində aparılan arxeoloji qazıntılar zamanı 3000 il yaşı olan kurqan aşkarlandığı bildirilir.

APA-nın xəbərinə görə, Arxeologiya və Etnoqrafiya İnstitutunun antik dövr arxeologiyası şöbəsinin müdiri, professor İlyas Babayevin deyib ki, bu, eramızdan 1000 il əvvəl Qəbələ ərazisində yaşayan qəbilə başçısının kurqanıdır. Kurqan qədim insanların dəfn olunduğu yerdir

Onun diametrinin 35 metr olduğu bildirilir. Kurqanın dəfn kamerasının isə 4 metr daş və 3 metr torpaq qatı altından aşkarlandığı deyilir.

İ.Babayev qeyd edib ki, hələ 1971-ci ildə həmin ərazidə arxeoloji qazıntılar zamanı iki ədəd xırda kurqan aşkar edilib. Həmin kurqanlar açılanda, oradan böyük dəfinə tapılıb. Alimlər bu dəfinəni analiz edərək, Azərbaycan ərazisində pul sikkələrinin çap olduğunu və yerli xalqların 3000 il əvvəl beynəlxalq ticarətə qoşulduğunu təsdiqləyiblər.

İ.Babayev ərazidə araşdırmaların davam etdiriləcəyini və Azərbaycan tarixi ilə bağlı yeni faktların üzə çıxacağını deyib.

Yeni tapılan tayfa başçısının kurqanını isə Azərbaycan və Koreya arxeoloqlarından ibarət beynəlxalq ekspedisiyanın araşdıracağı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG