Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:03

Türkiyə baş naziri AK partiyanın qrup toplantısında Rusiya ilə əlaqələrin bərpası məsələsindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, Binalı Yıldırım bildirib ki, təkcə Rusiya ilə deyil, Aralıq və Qara dənizi əhatə edən bütün qonşularla əlaqələr inkişaf etdiriləcək:

“Bu günlərdə önəmli irəliləyişlər olduğunu paylaşmaq istəyirəm. Həm iqtisadi, həm də mədəni işbirliyinə toxunan bütün talesiz hadisələrə son qoymaq üçün mübarizə apardıq. Qarşılıqlı yazışmalar Türkiyə ilə Rusiya arasındakı buzların əriməsinə yardım etdi. İşlərin bu nöqtəyə gəlməsində bir çox səylər göstərildi.

Xüsusilə də, qardaşlarımız Qazaxıstan, Azərbaycan liderlərinin bu mövzuda güclü səyləri üçün minnətdarlığımızı çatdırırıq”.

Türkiyənin TRT kanalının məlumatına görə, Binali Yıldırım onu da deyib ki, vurulan Rusiya təyyarəsinə görə Türkiyə kompensasiya ödəməyə hazırdır.

Ancaq bunun ardınca Reuters məlumat verib ki, baş nazirin sözlərinə görə, onun dediklərində söhbət yalnız üzrxahlıqdan gedir, kompensasiyadan yox.

XS
SM
MD
LG