Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 07:17

-

Müdafiə Nazirliyi bildirir ki, Ermənistansilahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 17 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarından Azərbaycan ordusunun Ağstafa rayonunun Köhnəqışlaq və Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqeləri atəşə tutulub.

Bundan başqa, Ağdam , Xocavənd və Füzuli rayonları istiqamətlərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin vurulduğu açıqlanıb.

Müdafiə Nazirliyinin iyunun 27-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 10 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

XS
SM
MD
LG