Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:39

Yəməndə azı 42 nəfər öldürülüb


Yəməndə növbəti partlayışdan sonra, arxiv fotosu

Yəməndə növbəti partlayışdan sonra, arxiv fotosu

-

Yəmənin cənub sahilində hökumət qüvvələrinə qarşı bir neçə bomba partlayışı törədilib, azı 42 nəfər öldürülüb. Hadisə vaxtilə Al-Qaeda-nın nəzarətində olmuş Mukallada baş verib.

İyunun 27-də törədilmiş hücumlarda dinc sakinlər daxil olmaqla, 24 nəfər də yaralanıb. Hücumlara görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb.

Rəsmi məlumata görə, hücumlar hərbçilər iftar yeməyinə hazırlaşan zaman baş verib.

Yəməndəki vətəndaş müharibəsindən istifadə edən İŞİD və Al-Qaeda bu ölkədə əməliyyatları gücləndirib.

Şiəməzhəb husi yaraqlıları beynəlxalq ictimaiyyətin tanıdığı Prezident Abd Rabu Mansour Hadi hökumətinə qarşı savaşır. Tərəflər arasındakı sülh danışıqlarında çox az irəliləyiş əldə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG