Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:29

ATƏT sessiyasında Qarabağdan danışılacaq


ATƏT
ATƏT

-

Bu gün ATƏT-in Vyanadakı mənzil qərargahında Təhlükəsizlik sahəsində problemlərin icmalı üzrə illik konfrans öz işinə başlamalıdır.

«Report» xəbər verir ki, üç gün davam edəcək konfransın bir sessiyası ATƏT məkanındakı münaqişəli vəziyyətlərə və onların regiona təsirinə həsr olunacaq.

Sessiyada Ukraynadakı vəziyyətin, Dağlıq Qarabağ və Dnestryanı region problemlərinin də müzakirə ediləcəyi gözlənilir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

Dnestryanı isə Moldova ərazisində yerləşir.

XS
SM
MD
LG