Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:20

“Hər bir zabit şəxsi nümunə olmalıdır”


Zakir Həsənov cəbhə bölgəsində. Arxiv

Zakir Həsənov cəbhə bölgəsində. Arxiv

-

“Aprel ayında cəbhə xəttində baş verənlər Azərbaycan əsgərinin silahının gücünü, onun döyüş və mənəvi-psixoloji hazırlığını bir daha nümayiş etdirdi. Qısa müddətdə həyata keçirilən əks-həmlə nəticəsində işğal altında olan vacib əhəmiyyətə malik yüksəkliklər azad edildi”.

Silahlı Qüvvələrin Baş Qərargahında Hərbi Akademiyanın, Ali Hərbi Məktəbin və Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin bir qrup məzunu ilə görüşdə müdafiə naziri Zakir Həsənov belə deyib.

Bu haqda nazirliyin saytı xəbər verir.

Nazir vurğulayıb ki, hər bir zabit rəhbərlik etdiyi kollektivə şəxsi nümunə olmalıdır.

"Silahlı Qüvvələrin hərbi qulluqçusu dövlətə sadiq olmalı, Vətənə və torpağa sevgi hissi ilə xidmət etməlidir ”, deyən nazir silahlı qüvvələrin hər cür qayğı ilə əhatə olunduğunu ifadə edib. O, hərbçilərə yaşayış binalarının tikilməsindən, müasir silahların alınmasından bəhs edib.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub.

Azərbaycan tərəfi bildirir ki, aprel döyüşləri vaxtı bir neçə strateji yüksəklik geri qaytarılıb. Aprelin 5-də tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG