Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:35

”İsrail təhlükəsizlik, regional sabitlik , İsrail dövləti və onun iqtisadiyyatı üçün strateji cəhətdən vacib razılaşma əldə edib”.

Bunu İsrailin baş naziri Benjamin Netanyahuiyunun 27-də Türkiyə ilə əlaqələrin bərpa olunmasını şərh edərkən deyib.

O bunun hər iki tərəf üçün sərfəli olduğunu deyib: “ Əminəm ki, bu razılaşma hər iki tərəf üçün yaxşı olacaq. Təhlükəsizlik baxımından dənizdə hərbi blokada qüvvədə qalacaq,amma biz Türkiyə və ya digər ölkələrdən İsrailə hümanitar yük və materiallar gətirilməsinə imkan yaradacağıq. Bu, Aşdod limanı ilə bizim qanunlar və Qəzzə bölməsindəki prosedurlara uyğun həyata keçirilməlidir”.

Qeyd edək ki, İki ölkə rasındakı əlaqələr altı ildir pozulub. 2010-cu ildə Qəzzaya yardım aparan gəmiyə İsrail hərbçiləri hücum edib, 10 türkiyəli fəal öldürülüb. Bundan sonra münasibətlər pisləşib, Türkiyə səfirini geri çağırıb, İsraillə iqtisadi və müdafiə əlaqələrinin həcmini azaldıb.

İsrail rəsmisinin sözlərincə, razılaşmada həmin insidentə öldürülənlərin ailələrinə İsrailin 20 milyon dollar ödəməsi nəzərdə tutulur. Bundan sonra Türkiyə İsrailə həmin basqına görə iddiaları kəsəcək və hər iki ölkədə səfirlər fəaliyyətə başlayacaq.

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə

Günün bütün mövzuları

XS
SM
MD
LG