Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 16:15

►Siyahıda Şuşa,Şamaxı, Quba və İsmayılllı adları da var…

Azərbaycanda bəzi ailələrdə övladlara müxtəlif şəhər və rayonların adlarının verilməsinin geniş yayıldığı bildirilir.

Ədliyyə Nazirliyindən “Report"a verilən xəbərə görə, son beş ildə 146 körpəyə Təbriz, 2 körpəyə Təbrizə adı verilib.

Bundan başqa 5419 körpəyə Mədinə, 340-na Sofiya, 16-na Məkkə, 3-nə Məşədi, 12-nə Afina, 4-nə isə İzmir adı verildiyi bildirilir.

Övladlarına İstanbul (1), Qahirə (7), Samara (6), Qüdsi (7), Marsel (7) kimi adlar verənlərin də olduğu açıqlanır.

Bundan başqa, uşaqlara Mədinəxanım (14), Mədinənur (1), Mədinə Nouvella (1), Sofiyabanu (1), Sofiya Apreliya (1), İzmirə (1) kimi adlar da verildiyi deyilir

3 uşağa Bakıxan, 293-nə Xəzər, 1-nə isə Xəzər Dağxan adı verildiyi qeyd edilir.

Habelə, 10 uşağa Quba, 6-na Qubaxanım, 1-nə Şuşa, 1-nə Lənkəran, 1-nə Samuxan, 93-nə Laçın, 2-nə Şamaxı, 1-nə Salyan, 1-nə İsmayıllı, 3-nə Gəncəli, 3-nə isə Gəncəvi adı verildiyi açıqlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG