Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 02:30

-

“Vətəndaşlar adətən yanacağın keyfiyyətindən yox, kəmiyyətindən şikayət edirlər”.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov yanacaqdoldurma məntəqələrində keyfiyyətsiz yanacaq növlərinin satılması barədə sualları cavablayarkən belə deyib.

APA-nın xəbərinə görə, komitə sədri Azərbaycanda yanacağın eyni keyfiyyətdə olduğunu bildirib.

“Bizdə yanacaq bir yerdən satışa çıxarılır. Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa "iş adamı" keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin "iş adamı" cinayət məsuliyyəti daşıyır. Bizə adətən keyfiyyət yox, kəmiyyətlə bağlı şikayətlər gəlir ”, komitə sədri deyib.

Ramiz Həsənovun bildirdiyinə görə, yanacaqdoldurma məntəqələrində mütəmadi yoxlama aparılır:

“Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər”.

Günün bütün mövzuları

XS
SM
MD
LG