Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:28

Fransa prezidenti Francois Hollande iyunun 27-də Yelisey sarayında Avropa Şurasının prezidenti Donald Tuskla görüşüb.

Görüşdə əsasən Böyük Britaniyanın bu günlərdə referendumla birlikdən çıxmasından sonra yaranmış vəziyyət müzakirə olunub.

Onlar günün sonunda kansler Angela Merkelin dəvəti ilə Berlinə yollanacaqlar.

Merkel Berlin görüşünə İtaliyanın baş naziri Matteo Renzini də dəvət edib.

Məqsəd Britaniyanın qərarından sonra Avropanın birliyini təmin etməkdir.

Britaniya seçiciləri ötən həftə ölkənin Avropa Birliyindən çıxmasına səs veriblər.

Angela Merkel bildirib ki, qalan 27 Avropa Birliyi ölkəsi istənilən qərardan əvvəlvəziyyəti sakit və ayıq tərzdə təhlil eləməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG