Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:14

-

Bu ilin 5 ayında Gürcüstandan Azərbaycana müxtəlif elektron sistemlər ilə 636 min dollar köçürüldüyü bildirilir. Ötən illə müqayisədə köçürülən vəsaitin məbləğində artım olduğu qeyd edilir.

APA xəbər verir ki, artım ötn ilin analoji dövrü ilə müqayisədə 35,2 min dollar çox olub.

Xəbərdə qeyd edilir ki, Gürcüstandan xaricə köçürülmüş vəsaitlərdə Azərbaycana göndərilən pulun xüsusi çəkisi cəmi 4 faizdir.

Azərbaycandan bu ölkəyə göndərilən vəsaitlərdə isə azalma olduğu deyilir

Hesabat dövründə Azərbaycandan Gürcüstana 985 min dollar göndərildiyi bildirilir. Bu göstəricinin 2015-ci ilin may ayı ilə müqayisədə 380 min dollar azaldığı qeyd edilir.

Müstəqil iqtisadçılar son illər Rusiyadan isə Azərbaycana pul köüçürmələrinin kəskin azaldığını deyirlər. Rusiyaya gedən azərbaycanlılar da deyirlər ki, bu ölkədə əvvəllər olduğu qədər qazancları yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG