Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

-

Vəkilləri «Müsəlman Birliyi» Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadə və digər 18 nəfər barəsində cinayət işinin materialları ilə tanış olublar.

Bu haqda vəkillərdən Cavad Cavadlı məlumat verib.

Vəkil APA-ya cinayət işinin materialları ilə tanışlığın başa çatdığını deyib.

«İşlə bağlı vəsatətlər vermişik. Həmin vəsatətlərə istintaq orqanı münasibət bildirdikdən sonra iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək», - vəkil bildirib.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı saxlanıb. Həmin əməliyyat zamanı 2 polis, 5 mülki şəxs həlak olub.

Prokurorluq bildirmişdi ki, «Müsəlman Birliyi» Hərəkatına görə ümumilikdə 70 nəfər saxlanıb. Bu 70 nəfərdən daha yüngül maddələrlə ittiham edilənlərdən bəzilərinin məhkəməsi başlanıb və onlardan bir neçəsinə hökm oxunub. Onlar 1 il 6 aydan 2 il 6 aya qədər həbs cəzası alıblar.

T.Bağırzadəyə qarşı bu yaxınlarda qəsdən adam öldürmə ilə də bağlı ittiham irəli sürülüb. O, terrorçuluq və daha bir çox ağır cinayətlərdə ittiham edilir. Vəkilinin deməsinə görə, T.Bağırzadə ittihamları əsassız və cəfəngiyat sayıb. Üstəlik, istintaq prosesində T.Bağırzadəyə ağır işgəncələr verildiyi bildirilir.

Ancaq Azərbaycan rəsmilər təcridxana və cəzaçəkmə yerlərində işgəncələrin olması ilə bağlı şikayətləri təkzib edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG