Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:14

-

Slovakiyanın xarici işlər naziri deyir ki, Britaniya Avropa Birliyindən çıxmaq prosesinə rəsmən başlamalıdır. Ötən həftə britaniyalı seçicilər qurumdan çıxmağa səs veriblər.

Miroslav Lajcak iyunun 27-də Praqada Almaniya, Fransa, Çex Respublikası, Polşa və Macarıstandan olan həmkarlarıyla görüşüb. Görüşdən sonra jurnalistlərə deyib ki, London ölkənin AB-dən çıxması mexanizmini nəzərdə tutan 50-ci maddəni işə salmalıdır.

İyuldan Slovakiya altı aylığa AB-nin prezidentliyinə başlayır.

Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek deyib ki, Britaniyanın blokdan çıxmaq qərarına tələsik inteqrasiyayla cavab vermək yanlış cavab olardı.

Günün bütün mövzuları

XS
SM
MD
LG