Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 07:11

-

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl ölkədən çıxışına icazə verilməsini istəyir.

Jurnalist bununla bağlı məhkəməyə müraciət edib.

X.İsmayıl bu barədə özünün Facebook səhifəsində yazıb.

Jurnalist bildirib ki, ölkədən çıxışına icazə verilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsinə müraciət edib. Müraciət artıq icraata qəbul edilib.

Məhkəmə işə iyunun 28-də saat 17:00-da baxacaq.

X.İsmayıl qeyd edib ki, ATƏT-in Parlament Assambleyası İnsan Haqları Komissiyasının sədrindən, ABŞ Konqresinin nümayəndə heyətinin rəhbərindən dəvət alıb. Bundan başqa, ATƏT-in media konfransında iştirak etməlidir.

Jurnalist məhkəmə müsbət qərar verərsə, sözügedən toplantılara qatılmaq niyyətindədir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunmuşdu. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay həbs cəzası almışdı.

Lakin o, ittihamları qəbul etmirdi və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirirdi.

X.İsmayıl mayın 25-də Ali Məhkəmənin qərarı ilə 3 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzası ilə sərbəst buraxılıb.

Ötən ay Sumqayıt Məhkəməsi şərti azadlığa buraxılan hüquq müdafiəçisi İntiqam Əliyevin ölkədən çıxışına icazə vermişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG