Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:43

“Brexit-in öhdəsindən gələrik”


George Osborne Londonda mətbuat konfransında

George Osborne Londonda mətbuat konfransında

-

Britaniyanın maliyyə naziri George Osborne deyir ki, ölkə Avropa Birliyindən çıxmağa səs verdiyi referendumdan sonra bunun nəticələrinə qatlanmağa hazırdır.

Osborne iyunun 27-də deyib ki, İngiltərə Bankının rəhbəri Mark Carney ilə mütəmadi əlaqə saxlayır və lazım gələrsə, yaxşı düşünülmüş xüsusi planları var.

O, həmçinin avropalı həmkarları, aparıcı bankirlər, Beynəlxalq Valyuta Fondunun rəhbəri, ABŞ-ın maliyyə nazirləriylə əlaqə saxladığını bildirib.

“Gözlənilməz nəticəyə hazır idik və nə baş verirsə, versin, buna qarşı dayana bilərik”, nazir deyib.

İyunun 27-də Asiya bazarlarında funt sterlinq yenidən düşüb.

Hazırda ölkə siyasi təlatüm içindədir, siyasi liderlər Britaniyanın AB-nin qalan 27 üzvündən necə ayırmağın yollarını arayırlar.

XS
SM
MD
LG