Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:29

-

Bakıda NATO-Azərbaycan Məktəbinin (NISA) növbəti yay sessiyasının açılışı keçirilir. Tədbirdə müxtəlif ölkələrdən 40 tələbə və gənc alimin iştirak etdiyi bildirilir.

Açılış mərasiminə Xarici İşlər Nazirliyinin nümayəndələri də qatılıblar.

APA-nın xəbərinə görə, nazirliyin Beynəlxalq Təhlükəsizlik Departamentinin rəhbəri Qaya Məmmədov çıxışında NATO-Azərbaycan münasibətlərinə toxunaraq, əlaqələrin səviyyəsindən razılıq ifadə edib.

«Azərbaycan NATO ilə əməkdaşlığın prinsiplərindən razıdır», - deyən Q.Məmmədov NATO-Azərbaycan əməkdaşlığının ərazi bütövlüyü və suverenliyə hörmət prinsipinə əsaslandığını qeyd edib.

Q.Məmmədov deyib ki, Azərbaycan NATO-nu beynəlxalq təhlükəsizliyə təminat verən təşkilat hesab edir. «Biz bu qurumun Sülh proqramında, Əfqanıstandakı missiyasında iştirak edirik. NATO ilə Azərbaycan arasında aktiv siyasi dialoq aparılır», - nazirlik təmsilçisi bildirib.

NISA-nın yay sessiyası iyulun 1-ə kimi davam edəcək. Sessiyanın budəfəki mövzusu «NATO-nun Varşava sammiti: Alyansın regional çağırışlara münasibətdə rolu»dur.

Azərbaycanın NATO ilə əlaqələri 1992-ci ildən başlayır.

2004-cü ildə Azərbaycan bu alyansın Fərdi Tərəfdaşlıq Əməliyyat Planına qoşulub. Ancaq son illər Azərbaycan rəsmiləri açıqca bildirirlər ki, NATO-ya üzvlük məsələsi gündəlikdə durmur. Müxalifət hakimiyyətin bu mövqeyini Rusiyanı qıcıqlandırmaq istəməmək və islahatlardan qaçmaq kimi dəyərləndirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG