Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:42

«Azəristiliktəchizat» ziyanda


İstilik
İstilik

-

«Azəristiliktəchizat» ASC-nin ödənilməmiş zərərinin ötən il 11.86 milyon manat (14.02 faiz) artdığı bildirilir. Dövlət şirkətinin zərərinin 96.467 milyon manata çatdığı qeyd edilir.

«Report»un xəbərinə görə, bu, qurumun auditindən sonra bəlli olub. Xəbərdə deyilir ki, «Azəristiliktəchizat»ın cəmi aktivləri 2015-ci il ərzində 3.965 milyon manat artaraq 191.722 milyon manata yüksəlib.

Audit hesabatında qurumun cəmi kapitalının azaldığı göstərilir. «Azəristiliktəchizat»ın məcmu kapitalının 2014-cü illə müqayisədə 3.647 milyon azalaraq 118.546 milyon manata endiyi deyilir.

Bununla yanaşı, şirkətin cəmi öhdəliklərinin 7.612 milyon manat artaraq 73.176 milyon manata yüksəldiyi qeyd edilir.

«Azəristiliktəchizat» ASC 2005-ci ilin iyununda yaradılıb.

Qurumun əsas funksiyası yaşayış evlərinə, binalara, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq, digər müəssisələrə istilik və isti su təchizatı xidmətləri göstərməkdən ibarətdir.

XS
SM
MD
LG