Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 19:38

-

İspaniyanın mühafizəkar Xalq Partiyası (PP) iyunun 26-da keçirilmiş parlament seçkisində çoxluğu qazana bilməsə də, daha çox yer əldə edib.

Bülletenlərin 97 faizi sayılıb. Nəticələrə görə ölkənin ikinci ənənəvi partiyası olan sosialist PSOE ikinci yerdədir.

Solçu Unidos Podemos (Birlikdə Bacararıq) koalisiyası və sağ mərkəzçi Ciudadanos (Vətəndaşlar) partiyası üçüncü və dördüncü yerdədirlər.

Baş nazir Mariano Rajoy PP partiyasının 350 yerlik parlamentdə 137, PSOE-nin isə 85 yer qazanacağı gözlənilir.

Unidos Podemos 71, Ciudadanos isə 32 yer əldə edə bilər.

Rajoy bildirib ki, partiyası seçkini udub və idarəetmə hüququ ona aiddir.

Dekabrda keçirilən seçkidən İspaniyada hökuməti seçmək alınmadı.

Günün bütün mövzuları

XS
SM
MD
LG