Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:07

Ağcabədidə «Qrad» başlığı aşkarlanıb


Minaaxtaran
Minaaxtaran

-
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik iyunun 26-da Ağcabədi rayonunun Minəxorlu kəndində əkin sahəsindən «9M22U» (Qrad) qurğusunun döyüş başlığını aşkarlayıb.

Bu barədə agentlikdən AZƏRTAC-a bildiriblər.

Qurumun ekspertlərinin həmçinin, rayonun Muğanlı kəndi ərazisində, Qar-Qar çayı sahilində bir partlamamış «BK14-M» 125 millimetrlik tank mərmisi aşkarladıqları deyilir. Daşınması mümkün olmadığından mərminin partlayış yolu ilə məhv edildiyi qeyd edilir.

Agentliyin aprelin 7-dən iyunun 26-dək ümumilikdə 1551 partlamamış hərbi sursat, 14 piyada əleyhinə mina, 3 «POMZ-2» və 8 tank əleyhinə mina aşkarlayaraq zərərsizləşdirdiyi deyilir.

Aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində ağır hərbi əməliyyatlar keçirilib. Hər iki tərəf ağır itkilər verib. Aprelin 5-də Moskvada tərəflər yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Aprelin 7-dən etibarən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik cəbhə bölgəsində yenidən fəaliyyətə başlayıb.

XS
SM
MD
LG