Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 02:11

Neftçala rayonunda 12 yaşlı uşağın özünü asdığı bildirilir.

APA-nın xəbərinə görə, rayonun Mikayıllı kənd sakini, 12 yaşlı Orxan Şamil oğlu Hüseynovun bu gün axşam tərəfi yaşadığı evin həyətindəki damda asılmış meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib.

Hadisənin səbəbi, hələlik, bəlli deyil.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Son dövrlər Azərbaycanda intihar hallarının artdığı bildirilir. Ancaq ölkədə intiharların səbəbini araşdıran ayrıca mərkəz fəaliyyət göstərmir.

XS
SM
MD
LG