Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 02:33

İsraillə Türkiyə görüşə hazırlaşır


Türkiyə İsrail bayraqları (kombo)

Türkiyə İsrail bayraqları (kombo)

İsraillə Türkiyə arasındakı münasibətlərin normallaşması üçün hər iki ölkənin Xarici İşlər nazirliyinin nümayəndəsi ya iyunun 26-da, ya da 28-də görüşəcək.

Keçən ilin dekabrından iki ölkə arasında münasibətlərdə yaxınlaşma hiss olunur.

2010-cu ildə İsrail hərbçilərinin beynəlxalq sularda Qəzzaya yardım aparan «Mavi Marmara» gəmisinə hücumu zamanı 10 Türkiyə vətəndaşı öldürülmüşdü.

Bundan sonra Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşmişdi. Türkiyənin tələbi ilə İsrail 3 il sonra üzr istəmişdi. Yalnız ötən ilin dekabrında, ardından - bu ilin fevralında buzları əritmək istəyən hər iki ölkə təmsilçiləri Cenevrədə bir araya gəliblər.

Danışıqlarda Türkiyəni xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu, İsraili baş nazirin müşaviri Joseph Ciechanover və milli təhlükəsizlik müşaviri Jacob Nagel təmsil edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG