Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:42

Hərbi hissələrdə «Açıq qapı» günüdür


Azərbaycan silahlı qüvvələrinin paradı (arxiv fotosu)

Azərbaycan silahlı qüvvələrinin paradı (arxiv fotosu)

Bu gün Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbi hissələrdə «Açıq qapı» günü keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, gün ərzində ziyarətçilər, ictimaiyyət və KİV nümayəndələri hərbi hissələrdə şəxsi heyətə yaradılan sosial-məişət şərait ilə tanış ola bilərlər.

Habelə, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkməyə bütün imkanların yaradılacağı bildirilir.

Nazirliyin bildirməsinə görə, bu gün həmçinin müxtəlif hərbi hissələrdə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq və mədəni-kütləvi tədbirlər keçiriləcək.

«Açıq qapı» gününün müdafiə naziri Zakir Həsənovun göstərişi ilə keçirildiyi qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG