Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:22

Vatikan: «Soyqırım» ifadəsi Türkiyə ilə problem yaratmayacaq


Papa Francis və Garegin II, Yerevan, 25 iyun, 2016

Papa Francis və Garegin II, Yerevan, 25 iyun, 2016

Papa Francis-in «erməni soyqırımı» ifadəsi işlətməsi Türkiyə ilə münasibətlərdə ciddi problem yaratmayacaq.

Bunu Vatikanın mətbuat xidmətinin rəhbəri Federico Lambardini deyib.

Papa Ermənistana üç günlük səfəri zamanı prezidenti Serj Sarkisyanla görüşündə 1915-ci ilə baş verənləri «soyqırım» adlandırıb.

Roma Papasının Ermənistana səfərinin sonuncu günüdür. O «soyqırım qurbanları»nın abidəsini ziyarət edib. Yerevanda kütləvi dini ayin keçirib, sülh duası ilə çıxış edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG