Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur


Azərbaycan ordusunun əsgərləri Azərbaycan bayrağı ilə...
Azərbaycan ordusunun əsgərləri Azərbaycan bayrağı ilə...

İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.

Ölkə prezidentinin 1998-ci il mayın 22-də verdiyi fərman ilə bu gün qeyri-iş günü elan edilib.

1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə nizami ordu hissəsi – Əlahiddə Azərbaycan Korpusu yaradılıb. Həmin gün də Azərbaycanda Silahlı Qüvvələrin yaradılması günü kimi qeyd edilir.

1998-ci ilədək Silahlı Qüvvələr Günü oktyabrın 9-da qeyd olunurdu. 1991-ci il oktyabrın 9-da Ali Sovet milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qanun qəbul edib.

Mərhum Əbülfəz Elçibəyin prezidentliyi vaxtı - 1992-ci il oktyabrın 9-da Azərbaycanın müstəqilliyinin XX əsrdə ikinci dönəmində ilk dəfə olaraq hərbi parad keçirilib.

İkinci parad 2008-ci il iyunun 26-da «Azadlıq» meydanında milli ordunun 90 illiyi münasibətilə keçirilib. Tədbirdə 4510 hərbçi, onlarla müxtəlif növ hərbi texnika iştirak edib.

Üçüncü hərbi parad 2011-ci il iyunun 26-da keçirilib və Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub. Paradda 6 minə yaxın hərbçi iştirak edib.

Dördüncü parad 2013-cü il iyunun 26-da keçirilib və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 95-ci ildönümünə həsr olunub.

2013-cü ilədək Silahlı Qüvvələrin sayı 66.950 min nəfər təşkil edib.

XS
SM
MD
LG