Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:34

Atəşkəslə bağlı 26 iyun açıqlaması


Dağlıq Qarabağ, erməni postu, aprel, 2016
Dağlıq Qarabağ, erməni postu, aprel, 2016

Müdafiə nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 12 dəfə pozublar.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Ayqeovit kəndindən Azərbaycan ordusunun Qazax rayonunun Balacəfərli kəndində yerləşən mövqeləri atəşə tutulub .

Nazirlik bildirir ki, Tərtər və Füzuli rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.

Müdafiə nazirliyinin iyunun 25-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 9 dəfə pozulduğu bildirilirdi.

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

XS
SM
MD
LG