Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:59

-

İyunun 24-də ölkə başçısı SOCAR-la «Zenith Aran Oil Company Limited» arasında Muradxanlı, Cəfərli, Zərdab yataqlarının birgə kəşfiyyatı, işlənməsi və neft hasilatı haqqında müqaviləni təsdiq edib.

Saziş martın 16-da 25 il müddətinə imzalanıb.

Tərəflərin pay iştirakı belədir: SOCAR 20 , «Zenith Aran Oil Company Limited» 80 faiz.

Müqavilənin tələbinə əsasən, başlanğıc mərhələdə mühəndis-texniki işçilərin 70, fəhlələrin 90 faizi Azərbaycan vətəndaşları olmalıdır. 5 il sonra bu göstərici daha da artmalıdır.

Muradxanlı yatağı 1971-ci ildə, Zərdab yatağı 1981-ci ildə, Cəfərli yatağı isə 1984-cü ildə İmişli rayonu ərazisində açılıb. Müqavilənin ümumi sahəsi 642.4 kv.km təşkil edir. Blokun qalıq ehtiyatları isə 1.8 mln. ton neft və 36 mln. kubmetr qaz dəyərləndirilir. Müqavilə predmeti olan yataqda istehsal və təsərrüfat ehtiyaclarından ötrü gündə 350 barrel neft, kiçik həcmdə də qaz çıxarılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG