Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:20

Psixi xəstələr iki dəfə artıb


Foto illüstrasiya
Foto illüstrasiya

-

2016-cı ilin əvvəlinə kimi müalicə-profilaktika müəssisələrində 96079 nəfər psixi pozuntulu xəstə kimi qeydiyyata düşüb.

Rəsmi statistik məlumatlarda belə deyilir.

Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov modern.az-a bildirib ki, ötən il ilk dəfə psixi və davranış pozuntuları diaqnozu ilə 5107 xəstə qeydə alınıb.

Həmin xəstələrin 3530 nəfəri kişilər, 1577 nəfəri isə qadınlardır.

Dövlət Statistika Komitəsinin bilgilərinin analizi göstərir ki, əvvəlki illə müqayisədə ilk dəfə psixi pozuntu diaqnozu qoyulan xəstələrin sayında azı iki dəfə artım qeydə alınıb.

XS
SM
MD
LG